Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir E. Qəzvini/
Santyaqo Bernabeuda qarşılaşan Realla Mançester oyununda qollar elə ilk hissəyə təsadüf edib. 20 dəqiqədə künc zərbəsindən yararlanan Dani Uelbek başı ilə topu madridlilərin qapısına yönəldib. 0:1. Real status-kvonu 10 dəqiqədən sonra bərpa edib. Cinahdan ötürmə alan Kriştianu Ronaldu da başı ilə ingilislərə cavab verib. 1:1. İkinci hissədə komandaların fərqlənməyə bir neçə şansı olsa, lakin hesabda dəyişiklik qeydə alınmayıb.
1/8 oyununun dıgər cütlüyü də sülhə razılaşıb. Ev sahibi Şaxtyor klubu 2 dəfə hesabda öndə olmasına baxmayaraq, hesabı qoruya bilməyib. İlk hissədə Dario Srnanın qoluna dəqiq zərbə ilə Robert Lemandovski cavab verib. Fasilədən sonra isə Donetsk klubunda Duqlas Kosta fərqlənib. Dortmund 87-cı dəqiqədə Mats Xummelsin qolu ilə məğlubiyyətdən yaxa qurtarıb.