...

"Fənərbağça" növbəti avrokuboklar mövsümündə iştirakdan məhrum edilə bilər

İdman Materials 28 Fevral 2013 13:55 (UTC +04:00)
Türkiyənin "Fənərbağça" futbol klubu iki il sınaq müddəti ərzində növbəti avrokuboklar mövsümündə iştirakdan şərti olaraq məhrum edilib.
"Fənərbağça" növbəti avrokuboklar mövsümündə iştirakdan məhrum edilə bilər

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Türkiyənin "Fənərbağça" futbol klubu iki il sınaq müddəti ərzində növbəti avrokuboklar mövsümündə iştirakdan şərti olaraq məhrum edilib.

Trend-in məlumatına görə, UEFA-nın Nəzarət-İntizam İnstansiyasının verdiyi bu qərar klubun fevralın 21-də Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində BATE komandasına (Belarus) qarşı keçirdiyi cavab oyunu zamanı türk azarkeşlərin meydançaya pirotexniki əşyalardan istifadə etməsi və taraqqa atması ilə əlaqədardır.

Eyni hal təkrarlanarsa, komanda iki il ərzində avrokuboklarda iştirakdan məhrum ediləcək. Bundan başqa, "Fənərbağça" 1/8 final mərhələsi çərçivəsində "Viktoriya" (Çexiya) ilə oyunu azarkeşsiz keçirəcək.

Klub, həmçinin 60 min avro cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti