...

Azərbaycan velosiped idmanının inkişafı üçün maddi-texniki bazanı gücləndirəcək

İdman Materials 5 May 2013 17:15 (UTC +04:00)
Yaxın gələcəkdə Azərbaycanda velosiped idmanının inkişafı üçün məktəb və klubların yaradılması nəzərdə tutulur.
Azərbaycan velosiped idmanının inkişafı üçün maddi-texniki bazanı gücləndirəcək

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir H.Vəliyev/

Yaxın gələcəkdə Azərbaycanda velosiped idmanının inkişafı üçün məktəb və klubların yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov "Tour d`Azerbaidjan" beynəlxalq velosiped turunun yekunlarına həsr olunmuş mətbuat kofransında deyib.

Ələkbərovun sözlərinə görə, artıq cari ilin sonuna ölkədə bu sahədə aparılmış işlər üzrə müəyyən nəticələr əldə ediləcək və gələn ilin əvvəlindən etibarən Azərbaycan öz yığma komandası ilə beynəlxalq velosiped turnirlərində təmsil oluna biləcək.

"Tələsmək lazım deyil, belə ki, vaxtından əvvəl verilmiş qərarlar bizim üçün problemlər yarada bilər", - o deyib.

Federasiyanın vitse-prezidenti hesab edir ki, ilk növbədə, bu idman növünün inkişafı üçün maddi-texniki baza yaratmaq lazımdır. Xüsusilə də yol infrastrukturu yaratmaq və velotrekin yenidən qurulması üzrə işləri başa çatdırmaq lazımdır.

"Ölkədə yeni velodromun tikiləcəyi yeni velopark yaradılıb. Velodromun tikinti layihəsi artıq hazırdır. Düşünürəm ki, maddi-texniki bazanın yaradılması ilə velosipedçilərin sayı artacaq", - Ələkbərov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti