Azərbaycan, Bakı, 6 iyun /Trend/
Münhenin "Bavariya" komandası Robert Levandovskinin transferi üçün Dortmund "Borussiyası"ilə danışıqlara başlayıb.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Münhen təmsilçisi polşalı forvard üçün 30 milyon avro təklif etməyə hazırdır.
Levandovski bildirib ki, indiki klubuna hörmətlə yanaşır, lakin karyerasını həmişə oynamağı arzu etdiyi klubda davam etdirməyi istəyir.
Qeyd edək ki, "Bavariya" bundan əvvəl "Borussiya"dan Mario Getseni 37 milyon avroya transfer edib.