...

“Çelsi” və “Vitess” klubları arasında van Kinqelin keçidi razılaşdırılıb

İdman Materials 12 İyun 2013 10:57 (UTC +04:00)
İngiltərənin “Çelsi” klubu Hollandiyanın “Vitess” klubunun yarımmüdafiəçisi Marko van Qinkelin keçidi haqqında prinsipial razılığa gəlib.
“Çelsi” və “Vitess” klubları arasında van Kinqelin keçidi razılaşdırılıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Tanrıverdiyev/

İngiltərənin "Çelsi" klubu Hollandiyanın "Vitess" klubunun yarımmüdafiəçisi Marko van Qinkelin keçidi haqqında prinsipial razılığa gəlib. Bu barədə Trend İngiltərənin "Telegraf" qəzetinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, "Çelsi" futbolçunun keçidinə görə "Vitess"ə təxminən 8,5 milyon avro ödəyəcək.

Keçidin rəsmiləşdirilməsi üçün London təmsilçisi 20 yaşlı oyunçu ilə müqavilənin şərtlərini razılaşdırmalıdır.

Ötən mövsüm van Qinkel Hollandiya çempionatında 33 oyunda meydana çıxıb. O, bu oyunlarda 8 qol vurub və 10 qol ötürməsi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti