Azərbaycan, Bakı, 25 iyul /Trend/
Avqustun 14-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasın gündəliyinə I diviziondan Premyer Liqaya neçə komandanın yüksəlməsinin müəyyənləşdirilməsi, Premyer Liqada çıxış edən bütün klublarda Müşahidə Şurasının və ya İcraiyyə Komitəsinin yaradılmasının müzakirəsi, AFFA tərəfindən 2013-cü ilin martında pilot layihəsi kimi keçirilmiş U-19 Liqasının hesabatı, AFFA-nın U-19 Liqasının yaradılmasının müzakirəsi və digər məsələlər daxil edilib.