...

İranlı velosipedçilər Astara-Bakı marşrutu üzrə marafona start veriblər

İdman Materials 29 İyul 2013 17:41 (UTC +04:00)
İki iranlı velosipedçi Astara-Bakı marşrutu üzrə beynəlxalq velomarafona start verib.
İranlı velosipedçilər Astara-Bakı marşrutu üzrə marafona start veriblər

Azərbaycan, Bakı, 29 iyul /Trend/

İki iranlı velosipedçi Astara-Bakı marşrutu üzrə beynəlxalq velomarafona start verib.

İran Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzindən Trend-ə verilən məlumata görə, Abdulla Misbah və Kəramət Əzizzadə adlı bu iki velosipedçi dünyaya sülh və dostluq, ekologiyanı himayə, sağlam həyat, təmiz şəhər və xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək şüarı ilə beynəlxalq velomarafona çıxıblar. İslam Respublikasından yola düşən bu iki idmançı Azərbaycandan sonra Gürcüstan, Ukrayna və Rusiyaya səfər etməyi planlaşdırırlar.

İranlı velosipedçilər bu səfər çərçivəsində dünyanın müxtəlif ölkələrində 2010 zeytun ağacı (sülh və dostluq simvolu) əkməyi planlaşdırırlar. Bundan öncə onlar 40-a yaxın ölkəyə, o cümlədən Türkiyə, Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya, İsveçrə, Avstriya və bir sıra digər ölkələrə səfər ediblər.

Ötən gün velosipedçilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin həyətində zeytun ağacı əkiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti