...

"Sumqayıt"ın daha bir futbolçusu milli komandaya dəvət aldı

İdman Materials 12 Noyabr 2013 10:23 (UTC +04:00)
"Sumqayıt" klubunun daha bir üzvü futbol üzrə Azərbaycan milli komandasının düşərgəsinə dəvət olunub.
"Sumqayıt"ın daha bir futbolçusu milli komandaya dəvət aldı

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"Sumqayıt" klubunun daha bir üzvü futbol üzrə Azərbaycan milli komandasının düşərgəsinə dəvət olunub.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək və bu məqsədlə dünəndən etibarən təlim-məşq toplanışında olan yığmanın heyətinə Vurğun Hüseynov da dəvət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti