...

Azərbaycanlı idmançılar draytulinq üzrə ilk respublika çempionatına hazırlaşırlar (FOTO)

İdman Materials 10 Dekabr 2013 11:07 (UTC +04:00)
14-15 dekabr 2013-cü il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə “ClimBaku” İdman Dırmanma Mərkəzində ölkəmizdə ilk dəfə draytulinq üzrə respublika çempionatı keçiriləcək
Azərbaycanlı idmançılar draytulinq üzrə ilk respublika çempionatına hazırlaşırlar (FOTO)

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

14-15 dekabr 2013-cü il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə "ClimBaku" İdman Dırmanma Mərkəzində ölkəmizdə ilk dəfə draytulinq üzrə respublika çempionatı keçiriləcək.

FAİREX-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalar üzrə keçiriləcək çempionatda FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox idman klubu - "Qərb Universiteti", "AMEAST", "A+A", "Ekosport", "Murov", "FHN İdman Klubu", "Salavat", "Zirvə", "Şahdağ", "Yanardağ", "Rock Stone", "Babadağ", "Qaya Qartalları", "Mauntain Bee", "Tanrıdağ", "Gəncə", "Daşkəsən", "Kəmər Qaya", "Nuxa", "Gənclik", "Macəra", "Skautlar", "İrəli", "Memarlıq Akademiyası", "Texniki Universitet", "Qafqaz", "Simurq", "Kəpəz", "Gömrük", "Extralife", "Kyanit", "Şəki AMA" və s. iştirak edəcək.

Çempionatın keçirilməsində əsas məqsəd ölkənin ən güclü idmançılarını müəyyən etmək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək milli komanda formalaşdırmaqdır.

Draytulinq üzrə respublika çempionatının yüksək səviyyədə təşkil olunması üçün federasiyanın tərkibində fəaliyyət göstərən klubların idmançıları hazırda "ClimBaku" İdman Dırmanma Mərkəzində məşq edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti