...

Aleks Ferqyusona yeni vəzifə verildi

İdman Materials 24 Yanvar 2014 17:00 (UTC +04:00)
İngiltərənin "Mançester Yunayted" futbol komandasının sabiq baş məşqçisi Aleks Ferqyuson UEFA məşqçilərinin səfiri olacaq
Aleks Ferqyusona yeni vəzifə verildi

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

İngiltərənin "Mançester Yunayted" futbol komandasının sabiq baş məşqçisi Aleks Ferqyuson UEFA məşqçilərinin səfiri olacaq. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu UEFA prezidenti Mişel Platini Nyon şəhərində təşkilatın İcariyyə Komitəsinin iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, şotlandiyalı mütəxəssis təşkilatda daha bir neçə vəzifəni, o cümlədən Çempionlar Liqasının (ÇL) Texniki komitəsinin üzvü vəzifəsini icra edəcək.

72 yaşlı A.Ferqyuson deyib ki, bu, avropalı məşqçilərə, eləcə də ÇL-də çıxış edən komandaların mütəxəssislərinə yardım etmək baxımından əla imkandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti