...

Azərbaycanda tələbələr arasında futbol yarışı keçiriləcək

İdman Materials 28 Yanvar 2014 16:25 (UTC +04:00)
2014-cü ilin fevral-may aylarında Azərbaycanda ali məktəb tələbələri arasında futbol üzrə "Təhsil kuboku" adı yarış keçiriləcək.
Azərbaycanda tələbələr arasında futbol yarışı keçiriləcək

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İsabalayeva/

2014-cü ilin fevral-may aylarında Azərbaycanda ali məktəb tələbələri arasında futbol üzrə "Təhsil kuboku" adı yarış keçiriləcək.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istindən xəbər verir ki, yarışın keçirilməsində məqsəd "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələri həyata keçirmək, tələbə futbolçuların ustalıq səviyyələrini yüksəltmək, tələbələr arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Qeyd edək ki, Azərbaycanda futbol sahəsində həyata keçirilən dövlət siyasəti və futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola olan marağını artırır. Bu baxımdan Təhsil Nazirliyi uşaq, yeniyetmə və gənclərin futbola daha çox cəlb olunması, futbolla bağlı məlumat-maarifçilik və təbliğat işinin gücləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verir.

"Təhsil kuboku"nda iştirak edərək uğur qazanan ali məktəb komandaları və fərqlənən oyunçular Təhsil Nazirliyinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti