...

Azərbaycan millisi buzadırmanma üzrə Dünya Kuboku yarışlarında 2-ci yeri tutub

İdman Materials 28 Yanvar 2014 16:37 (UTC +04:00)
24-25 yanvar 2014-cü il tarixlərində İsveçrənin Saas Fee şəhərində keçirilmiş buzadırmanma üzrə Dünya Kuboku yarışlarında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) idmançılarından təşkil olunan milli yığma komanda ölkəmizi müvəfəqiyyətlə təmsil edib.
Azərbaycan millisi buzadırmanma üzrə Dünya Kuboku yarışlarında 2-ci yeri tutub

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

24-25 yanvar 2014-cü il tarixlərində İsveçrənin Saas Fee şəhərində keçirilmiş buzadırmanma üzrə Dünya Kuboku yarışlarında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) idmançılarından təşkil olunan milli yığma komanda ölkəmizi müvəfəqiyyətlə təmsil edib.

Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kişilər və qadınlar arasında mürəkkəblik və sürət üzrə iki gün davam edən yarışlarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının 4 nəfərlik nümayəndə heyəti iştirak edib.

Buzadırmanma üzrə Dünya Kuboku yarışlarında idmançımız Qalib Şıxrəhimov sürət üzrə təsnifat yarışlarında ilk dəfə ən yaxşı nəticələrdən birini göstərərək 10-cu yerə çıxıb. Komandalar üzrə yekun nəticəyə görə isə Azərbaycanın milli yığma komandası Rusiya komandasından sonra 2-ci yeri tutub.

İsveçrənin Saas Fee şəhərində keçirilmiş buzadırmanma üzrə Dünya Kuboku yarışları ölkəmizin idmançıları üçün yeni, maraqlı və şübhəsiz ki, uğurlu bir təcrübə oldu.

Xatırladaq ki, 16-18 yanvar 2014-cü il tarixlərində Rumıniyanın Buşteni şəhərində keçirilən yarışlarda FAIREX-in idmançısı Ramay Rəhimxanov da finala vəsiqə qazanmış, lakin dırmanma divarındakı buzun əriməsi səbəbindən final yarışları təxirə salınmışdı.

Qeyd edək ki, buzadırmanma üzrə yarımçıq qalmış final yarışlarının bu ilin 31 yanvar-1 fevral tarixlərində Fransanın Vanoise şəhərində və yaxud 7-9 fevral tarixlərində İtaliyanın Rabenstein şəhərində keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti