...

“Neftçi” və “Qəbələ” “oyunları” ilə “Qarabağ”ı çempionluğa yaxın edirlər (ƏLAVƏ OLUNUB)

İdman Materials 23 Fevral 2014 16:51 (UTC +04:00)
Bu gün Premyer Liqada 23-cü turun oyunları başlayıb.
“Neftçi” və “Qəbələ” “oyunları” ilə “Qarabağ”ı çempionluğa yaxın edirlər (ƏLAVƏ OLUNUB)

İlk xəbər 15:06-da yayılıb

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Bu gün Premyer Liqada 23-cü turun oyunları başlayıb.

Trend-in məlumatına görə,"Qəbələ" klubu doğma meydanda "Rəvan"ı sınağa çəkib.

Hesab heç-heçə başa çatıb (0:0). "Rəvan"ın qapısına təyin olunan 2 penaltini qapıçı Lorenze Ebesilio zərərsizləşdirib.

Oyunda "Rəvan"ın qapıçısı Lukaş Sabella qırmızı vərəqə alıb (73-cü dəqiqə).

"Neftçi" klubu səfərdə "Sumqayıt"ın müqavimətini qıra bilməyərək 2:0 hesabı ilə uduzub. Bu turda "Qəbələ" və "Neftçi"nin xal itirməsi "Qarabağ" klubunun çempion olmaq şansını artırıb. Əgər "Qarabağ" bu turda "Simurq"a qalib gələ bilsə, ən yaxın izləyicisi "Qəbələ"dən 6 xal irəlidə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti