...

Veteranlar arasında stolüstü tennis üzrə respublika turniri başa çatıb (FOTO)

İdman Materials 5 May 2014 17:04 (UTC +04:00)
3-4 may tarixlərində veteran tennisçilər arasında stolüstü tennis üzrə respublika turniri keçirilib.
Veteranlar arasında stolüstü tennis üzrə respublika turniri başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

3-4 may tarixlərində veteran tennisçilər arasında stolüstü tennis üzrə respublika turniri keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasındən Trend-ə verilən məlumata görə, kişi və qadın komandaları şəxsi və qoşa yarışlarda mübarizə aparıblar. Mayın 4-də turnirə yekun vurulub və qaliblər müəyyənləşdirilib.

Qadınlar arasında keçirilmiş yarışda Xəyalə Qiyasova qalib olub. Könül Mikayılova birinci, Sevinc Abbasova isə üçüncü yeri tutublar.

Kişilər arasında 40-49 yaş qrupu üzrə Elçin Vəliyev birinci, Niyaz Əzimov ikinci, Azər Cəfərov isə üçüncü yerə layiq görülüblər.

50-59 yaş qrupu üzrə kişilər arasında keçirilmiş yarışlarda İlham Ağayev birinci, İlham Şahgəldiyev ikinci, Teymur Hüseynov isə üçüncü yeri tutublar.

60 və yuxarı yaş qrupu üzrə kişilər arasında Səxavət Heydərov birinci, Tahir Xudiyev ikinci və Niyaz Hüseynov üçüncü olublar.

Qoşa yarışlarda İlham Ağayev - Samir Həsənov birinci, Hüseynov Teymur - Vəliyev Elçin ikinci, Quliyev Qulu - Heydərov Səxavət isə üçüncü yerə layiq görülüblər.

Turnirin qaliblərinə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti