...

YARAT gəncləri "Sağlam ol və YARAT" adlı qaçış yarışında iştirak etməyə dəvət edir

İdman Materials 12 İyun 2014 12:01 (UTC +04:00)
Trend-in məlumatına görə, qaçış yarışı 14 iyun 2014 - cü il tarixində saat 18:00 – da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaqdır.
YARAT gəncləri "Sağlam ol və YARAT" adlı qaçış yarışında iştirak etməyə dəvət edir

Azərbaycan, Bakı, 12 iyun /Trend/

YARAT Müasir İncəsənət Məkanı gəncləri "Sağlam ol və YARAT" adlı qaçış yarışında iştirak etməyə dəvət edir.

Trend-in məlumatına görə, qaçış yarışı 14 iyun 2014 - cü il tarixində saat 18:00 - da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaqdır.

Qaçış yarışının əsas məqsədi Azərbaycan gəncliyində sağlam həyat tərzi təşviq etməkdir.

Qaçış yarışı 1000 metr məsafədə baş tutacaq və 3 yaş qrupu üzrə keçiriləcəkdir. 14 - 17, 17 - 20, 20 - və yuxarı yaş qrupları arasında keçirləcək yarışmada qaliblər üçün simvolik mükafatlar da nəzərdə tutulmuşdur:
1 - ci yer - 150 AZN
2 - ci yer 100 - AZN
3 - cü yer - 50 AZN

Tədbirdə məşhur DJ Pançonun musiqisi səslənəcəkdir.

Tədbirin rəsmi partnyorları "ASAN xidmət", Azərbaycan Respublikası Peyntbol Federasiyası və Azərbaycan Atletika Federasiyasıdır.

İştirakçılar üçün zəruri məlumat:
Qaçış yarışında iştirak etmək üçün aşağıda qeyd olunan şərtlərə riayət olunmalıdır:
1. İştirakçıların qeydiyyatı 14 iyun saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda "iştirakçiların qeydiyyatı" köşkündə həyata keçiriləcək.
Qaçış yarışında iştirak etmək istəyənlər [email protected] elektron poçtu və ya 012 505 14 14 telefon nömrəsi vasitəsi ilə 13 iyun saat 18:00-a dək yarışmada iştirakları barədə təşkilat komitəsinə məlumat verməlidirlər. Məlumatda qeyd edilməlidir: iştirakçının adı, soyadı, atasının adı, təvəllüdü, telefon nömrəsi və elektron poçtu.
İştirakçılar qeydiyyat günü "iştirakçıların qeydiyyat köşkü" nə şəxsiyyət vəsiqələri ilə yaxınlaşmalıdır.
2. Qaçış yarışı 14 iyun 2014 - cü il saat 18:00 - da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Hər yaş qrupu arasında 10 dəqiqə vaxt ampletudası ilə start veriləcək.
3. Qaçış yarışmasında iştirak edəcək şəxslərin özləri ilə idman ləvazimatları (forması, şort, idman şalvarı, mayka, idman ayaqqabısı) götürmələri zəruridir.

Ətraflı məlümat üçün:
YARAT Müasir incəsənət məkanı
www.yarat.az
[email protected]
T.: +99412 437 3970
T./F.: +99412 505 1414

Məqalədə:
Xəbər lenti

Xəbər lenti