...

Bolqarıstan komandası Avropa çempionatında gürzlə hərəkətlərdə birinci olub (FOTO)

İdman Materials 15 İyun 2014 15:37 (UTC +04:00)
Bolqarıstan yığması Bakıda keçirilən bədii gimnastika üzrə XXX Avropa çempionatında 10 gürzlə qrup tapşırıqlarında qızıl medal qazanıb.
Bolqarıstan komandası Avropa çempionatında gürzlə hərəkətlərdə birinci olub  (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Əliyev/

Bolqarıstan yığması Bakıda keçirilən bədii gimnastika üzrə XXX Avropa çempionatında 10 gürzlə qrup tapşırıqlarında qızıl medal qazanıb.

Trend-in məlumatına görə, hakimlər Bolqarıstan millisini 17.766 bala layiq görüblər.

Gümüş medalı hesabında 17.633 bal olan Rusiya yığması qazanıb. İspaniya 17.550 balla üçüncü olub.

Azərbaycan yığması isə 17.166 balla yarışı altıncı yerdə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti