Azərbaycan, Bakı, 17 iyun /Trend/
Braziliyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Belçika və Əlcəzair yığmaları qarşılaşıblar.
Trend-in məlumatına görə, gözlənilənlərin əksinə olaraq, ilk qol əlcəzairlilərdən gəlib. Fequli 25-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.
Belçikalıların cavab qolu gec gəlib. Yenicə meydana çıxan Fellaini 70-ci dəqiqədə dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirib.
Matçın sonuna 10 dəqiqə qalmış Dris Mertens belçikalıların qələbə topunu vurub - 2:1.