Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.
Trend AFFA-ya istinadən məlumat verir ki, Çexiya yığması ilə qarşılaşan futbolçularımız 4:1 hesabı ilə qələbə qazanıblar. Əli Hüseynovun dubl etdiyi oyunda hərəyə bir dəfə Asif Zeynalov və Sabir Allahquliyev fərqlənib.
Millimiz növbəti oyununu sentyabrın 7-də İspaniya yığmasına qarşı keçirəcək.