...

Azərbaycan futbolunda yenilik: Məşqçilər Komitəsi yaradılır

İdman Materials 14 Noyabr 2014 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Azərbaycanda Məşqçilər Komitəsi yaradılır. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.

AFFA prezidentinin əmrinə əsasən, assosiasiyada daim fəaliyyət göstərən Məşqçilər Komitəsi yaradılacaq.

Bununla əlaqədar olaraq Baş katibliyə tapşırılır:

1. Məşqçilər Komitəsinin Əsasnaməsinin hazırlanması;
2. Məşqçilər Komitəsinin iş prinsipinin müəyyənləşdirilməsi;
3. Məşqçilər Komitəsinin üzvlüyünə namizədlərin siyahısının hazırlanması;
4. Məşqçilər Komitəsi namizədlərin iştirakı ilə operativ olaraq fəaliyyətə başlasın;
5. Məşqçilər Komitəsinin təsdiqi İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə salınsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti