...

"The Washington Times": I Avropa Oyunları Azərbaycanı dünyanın idman arenasına çevirəcək

İdman Materials 29 Yanvar 2015 14:30 (UTC +04:00)
İyunda Bakıda start götürəcək I Avropa Oyunlarında ikihəftəlik feeriya ərzində idmançılar, artistlər və texnologiyalar diqqət mərkəzində olacaq ki, bu da Azərbaycanı dünyanın idman arenasına çevirəcək.
"The Washington Times": I Avropa Oyunları Azərbaycanı dünyanın idman arenasına çevirəcək

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Maksim Tsurkov/

İyunda Bakıda start götürəcək I Avropa Oyunlarında ikihəftəlik feeriya ərzində idmançılar, artistlər və texnologiyalar diqqət mərkəzində olacaq ki, bu da Azərbaycanı dünyanın idman arenasına çevirəcək. Trend-in məlumatına görə, bu barədə "The Washington Times" qəzetində dərc edilmiş məqalədə deyilir.

Məqalədə yazılır: "Bakı zəngin tarixi və mədəniyyəti ilə məşhurlaşmış şəhərdir, irimiqyaslı tikinti işlərindən sonra burada ən qabaqcıl standartlara cavab verən idman qurğuları yaranacaq".

Qəzet qeyd edir ki, Avropa Oyunları infrastrukturu tamamilə "bulud" texnologiyalara əsaslanacaq ilk multiidman tədbiri olacaq: "Bu model çox güman gələcəkdə bütün iri idman tədbirlərində tətbiq olunacaq".

Materialda bildirilir ki, Bakıda idman arenalarını birləşdirəcək uzunluğu 600 kilometrdən çox olan optik lifli şəbəkə qurulacaq: "Bu, təkcə oyunları yayımlamağa imkan verməyəcək, həmçinin iqtisadiyyatı sürətlə inkişaf edən, əhalisi isə innovasiyalara, informasiya və iqtisadi tərəqqiyə can atan Azərbaycana uzunmüddətli fayda gətirəcək".

Qəzet "Bakı 2015"-in texnologiyalar üzrə direktoru Adriana Korkorandan sitat gətirir: "Avropa Oyunları Azərbaycan üçün idmanda texnoloji nailiyyətlərin avanqardı olmaq imkanıdır və biz hazırlığımızın gedişindən çox razıyıq".

Məqalədə vurğulanır ki, yarışların keçiriləcəyi idman obyektlərinin çoxu artıq hazırdır, əsas arenanın tikintisi isə yaxın həftələrdə başa çatacaq: "Avropa Oyunları dünyanın iri brendləri tərəfindən dəstəklənəcək".

Qəzet yazır ki, yarışların ev sahibi Azərbaycanın çoxsaylı istedadlarını nümayiş etdirmək üçün artistlərdən ibarət ulduz heyəti toplayıb. Bura aktyorlar Bəhram Bağırzadə və Murad Dadaşov, eləcə də istedadlı müğənnilər Nigar Camal və Roya Ayxan daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti