...

AZAL "Qəbələ"ni də şoka saldı

İdman Materials 6 Fevral 2015 16:00 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında XX turun oyunlarına start verilib.
AZAL "Qəbələ"ni də şoka saldı

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Azərbaycan Premyer Liqasında XX turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, "Qəbələ" doğma meydanda AZAL-ı qəbul edib. Gərgin keçən matçın ilk hissəsində hesab açılmayıb.

78-ci dəqiqədə Viktor İqbekoyi "Qəbələ"ni azlıqda qoyub.

Matçın əsas vaxtına artırılmış dəqiqələrdə (90+3') isə Rəşad Abdullayev penalti zərbəsindən dəqiq yararlanıb - 0:1.

Beləliklə, "təyyarəçilər" çempionatdakı fasilədən sonra ardıcıl ikinci qələbələrini qazanıblar.

Bu gün, həmçinin "Neftçi" və "Simurq" komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, XX tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti