...

Stolüstü tennis üzrә Avropa "Top-16" kuboku yarışları başa çatıb (FOTO)

İdman Materials 9 Fevral 2015 13:08 (UTC +04:00)
Fevralın 8-dә Bakıda Milli Gimnastika Arenasında keçirilən stolüstü tennis üzrә Avropa “Top-16” kuboku yarışları başa çatıb.
Stolüstü tennis üzrә Avropa "Top-16" kuboku yarışları başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Fevralın 8-dә Bakıda Milli Gimnastika Arenasında keçirilən stolüstü tennis üzrә Avropa "Top-16" kuboku yarışları başa çatıb.

Turnirdә kişilәr arasında mübarizәdә Almaniya tәmsilçisi Dmitri Ovtçarov, qadınların yarışında isә avstriyalı idmançı Jia Liu birinci olublar.

Turnirin sonuncu günü gәrgin vә maraqlı idman mübarizәsi ilә keçib. Qadınlar arasında mübarizәnin finalında Jia Liu Almaniya tәmsilçisi Solya Petrissanı mәğlub edərək turnirin qalibi adını qazanıb. II yeri Almaniya tennisçisi Solya Petrissa, III yeri isə həmin ölkənin idmançısı İrene İvançan tutub.

Kişilәrin yarışında isә Dmitri Ovtçarov turnirin qalibi olub. II yerə Portuqaliya təmsilçisi Markos Freytas, III yerə Yunanıstan idmançısı Gionis Panagiotis layiq görülüblər.

Qaliblәrә mükafatlar tәqdim edilib.

Yarışların bağlanış mәrasimindә Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer, Azәrbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, gәnclәr vә idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək qalibləri təbrik ediblər.

Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer turnirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. Azәrbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmanın, o cümlədən stolüstü tennisin inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb və qalibləri təbrik edib.
Qeyd edək ki, fevralın 6-dan start götürən "2015 NN TABLE TENNİS CLUB ITTF- EUROPE TOP- 16 CUP" yarışlarında 17 Avropa ölkәsindәn 34 idmançı mübarizә aparıb. Stolüstü tennis üzrә Avropa "Top-16" kuboku bu formatda ilk dəfə olaraq Azərbaycanda keçirilib. Belə ki, 1971-ci ildən keçirilən bu turnir TOP - 12 adı daşımış və 44 ildən sonra - 2015-ci ildə TOP - 16 adı ilə Bakıda keçirilib.
Azәrbaycanı bu turnirdә qadınların mübarizәsindә Mәryәm İmanova, kişilәrin yarışında isә Fәrhad İsmayılov tәmsil ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti