...

"Gözəgəlimli oynamaq bir o qədər də vacib deyil"

İdman Materials 22 Fevral 2015 19:24 (UTC +04:00)
19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Nikolay Adam açıqlama verib
"Gözəgəlimli oynamaq bir o qədər də vacib deyil"

Azərbaycan, Bakı, 22 fevral /Trend/

19 yaşadək futbolçulardan ibarət Finlandiya və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş yoxlama oyunundan (1:1) sonra yığmamızın baş məşqçisi Nikolay Adam açıqlama verib.

Trend-in AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o deyib ki, ötən oyunla (2:2 - red.) müqayisədə, bu dəfə komandasından daha razı qalın.

"Güclü Finlandiya yığmasına qarşı layiqli oyun göstərdik. Komanda şəklində mübarizə apardıq. Fransada keçirəcəyimiz ağır oyunları nəzərə alsaq, gözəgəlimli oynamaq bir o qədər də vacib deyil və futbolçularımız bu cür qarşılaşmalara vərdiş etməlidirlər. Çempionlar Liqası kimi nüfuzlu turnirdə belə, komandalar nəticə naminə bəzən baxımlı futbola üstünlük vermirlər. Futbolçularım hər oyunda xarakter nümayiş etdirdiyi üçün bu komandada çalışmaqdan zövq alıram" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti