...

Velosipedçilərimiz Rio Olimpiadasına ilk xalları qazandılar

İdman Materials 2 Mart 2015 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil olunan Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "İzola" Qran-Prisində Rio-2016 Yay Olimpiya Oyunlarına ilk lisenziya xallarını qazanıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, Yarışda 8 velosipedçi ilə təmsil olunan komanda üzvlərimizdən ən yüksək nəticəyə Maksim Averin imza atıb. Yığma komandamızın üzvü 160.3 km-dən ibarət marşrutu qalibdən 1 dəqiqə, 14 saniyə sonra başa vurmaqla yekunda 5-ci yeri tutub və aktivinə 10 reytinq xalı yazıb. Averin həmçinin sprinterlərin mübarizəsində 2-ci olub.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər təmsil etdikləri qitənin beynəlxalq yarışlarında mübarizə aparmaqla 4 illiyin zirvə yarışına lisenziya xalları toplayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti