Azərbaycan, Bakı, 21 mart /Trend/
İspaniya La Liqasında 28-ci tura start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə "Valensiya" səfərdə "Elçe"nin qonağı olub.
Meydan sahibləri qonaqların qarşısında aciz qalıblar - 0:4.
Beləliklə, "Valensiya" 28 oyundan sonra xalını 60-a çatdıraraq üçüncü pillədəki mövqeyini möhkəmləndirib. Onun ən yaxın təmsilçisi "Atletiko"nun 27 oyundan 56 xalı var.
Xatırladaq ki, bu turda İspaniya nəhəngləri - "Barselona" və "Real" qarşılaşacaqlar.