...

Robert Prosineçkinin ilk sınağı uğurlu alındı: Azərbaycan ilk üç xalını qazandı

İdman Materials 28 Mart 2015 22:54 (UTC +04:00)
Bu gün “Avro-2016”nın seçmə mərhələsinin H qrupunda Azərbaycan milli komandası növbəti matçına çıxıb.
Robert Prosineçkinin ilk sınağı uğurlu alındı: Azərbaycan ilk üç xalını qazandı

Azərbaycan, Bakı, 28 mart /Trend/

Bu gün "Avro-2016"nın seçmə mərhələsinin H qrupunda Azərbaycan milli komandası növbəti matçına çıxıb.

Trend-in məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız doğma meydanda Malta ilə qarşılaşıb. Qeyd edək ki, bu oyun xorvatiyalı mütəxəssis üçün millimizdə ilk rəsmi oyun idi.

Turnir cədvəlinin sonunca pilləsində qərarlaşan komandamız seçmə mərhələdə keçirdiyi dörd qarşılaşmada xala həsrət qalıb. Millimiz qrupun autsayderlərindən olan Malta ilə görüşdə üç xal qazanıb. Cavid Hüseynov qarşılaşmanın 4-cü dəqiqəsində Azərbaycan millisi önə çıxarıb. Oyunun artırılma dəqiqələrində Dmitriy Nazarov baxımlı qol vurmaqla hesabı 2:0-a çatdırıb.

Qələbə sayəsində yığmamız sonuncu pillədən qurtula bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti