...

Velosipedçimiz Rusiyada 2 gümüş medal qazandı, rekordunu təzələdi

İdman Materials 25 May 2015 12:35 (UTC +04:00)
Azərbaycan velosipedçisi Rusiyada 2 gümüş medal qazanıb.
Velosipedçimiz Rusiyada 2 gümüş medal qazandı, rekordunu təzələdi

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycan velosipedçisi Rusiyada 2 gümüş medal qazanıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə,

Rusiyanın Tula şəhərində velosiped idmanının trek növü üzrə "Grand Prix of Tula" yarışı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında bir idmançımız - Sergey Omelçenko mübarizə aparıb.

Həm keyrin, həm də 200 metr məsafəyə sprint yarışında çıxış edən velosipedçimiz hər iki növdə fəxri kürsüyə qalxıb və 2 gümüş medal əldə edib. Yeri gəlmişkən, Omelçenko sprint növündə özünün 2015-ci ildəki şəxsi rekordunu da təzələyib.

Uğurlu çıxış sayəsində velosipedçimiz hər növdə aktivinə 54 reytinq balı yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti