...

Azərbaycan Avtomobil Federasiyası "Formula-1" yarışına hazırlıqla əlaqədar Monakoda danışıqlar aparıb

İdman Materials 1 İyun 2015 18:40 (UTC +04:00)
Azərbaycan Avtomobil Federasiyasının nümayəndə heyəti 2016-cı ildə Bakıda keçiriləcək “Formula-1” Qran-Prisinə hazırlıq çərçivəsində Monako knyazlığına səfər edib.
Azərbaycan Avtomobil Federasiyası "Formula-1" yarışına hazırlıqla əlaqədar Monakoda danışıqlar aparıb

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycan Avtomobil Federasiyasının nümayəndə heyəti 2016-cı ildə Bakıda keçiriləcək "Formula-1" Qran-Prisinə hazırlıq çərçivəsində Monako knyazlığına səfər edib.

Federasiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Bakıda keçiriləcək "Formula-1" yarışına aid təşkilati məsələlərin həlli ilə yanaşı, Beynəlxalq Avtomobil Federasiyası ilə bu istiqamətdə işlərin koordinasiyası, həmçinin tarixən keçirilən Monako Qran-Prisi təcrübəsinin öyrənilməsi üzrə danışıqlar aparıb.

Qeyd edilib ki, Monako Qran-Prisi də Bakıda planlaşdırıldığı kimi şəhəriçi ərazidə keçirildiyindən, əsas təşkilati işlərin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Səfər çərçivəsində, həmçinin Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod (Jean Todt) ilə görüş keçirilib. Görüşdə "Formula-1" yarışına hazırlıq, Azərbaycanda avtomobil idmanının inkişafı, yol təhlükəsizliyinin təbliği və digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti