...

UEFA "Barselona"-dan 4 medalı qaytarmağı tələb etdi

İdman Materials 10 İyun 2015 04:37 (UTC +04:00)
UEFA "Barselona" komandasının 4 oyunçusundan medalları qaytarmağı tələb edib.
UEFA "Barselona"-dan 4 medalı qaytarmağı tələb etdi

Azərbaycan, Bakı, 10 oyun /Trend/

UEFA "Barselona" komandasının 4 oyunçusundan medalları qaytarmağı tələb edib. Bu barədə Trend Lenta.ru saytına istinadən xəbər verir.

Tomas Vermalen, Klaudio Bravo, Duqlas Pereyra və Jordi Masip turnir ərzində meydana çıxmadığlarına görə medalları geri qaytarmalıdılar. Halbuki mükafatlandırma mərasimində hamı ilə birgə medal alıblar.

UEFA-nın qaydalarına görə, futbolçu medalı ancaq meydana çıxdığı zaman ala bilər.

Qeyd edək ki, iyunun 6-sı Berlinin Olimpiya stadionunda Çempionlar Liqasının final oyunu keçirilib.

İspaniyanın "Barselona" və İtaliyanın "Yuventus" klubları arasında keçirilən qarşılaşma "Barselona"nın qalibiyəti ilə bitib. Oyun 3:1 hesabı ilə bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti