...

Avropa Oyunları öncəsi velosipedçilərimizin son sınağı (FOTO)

İdman Materials 11 İyun 2015 11:30 (UTC +04:00)
Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi növündə mübarizə aparacaq 3 velosipedçimiz Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılov məsul yarış öncəsi son turnirdə iştirak edir
Avropa Oyunları öncəsi velosipedçilərimizin son sınağı (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi növündə mübarizə aparacaq 3 velosipedçimiz Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılov məsul yarış öncəsi son turnirdə iştirak edir. Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, idmançılarımız "Synergy Baku"nun heyətində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Slovakia" yarışında çıxış edirlər.

Yarışın 181 km-lik ilk mərhələsi komandamız üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, Maksim Averin finişi mərhələ qalibi ilə eyni vaxtda - 3 saat, 57 dəqiqə, 52 saniyəyə keçib və fotofinişə əsasən 2-ci yeri tutub. Bu nəticə həm də Maksimə Rio-2016 Yay Olimpiya Oyunlarına 5 lisenziya xalı qazandırıb. Bununla da velosipedçimiz reytinq xallarının sayını 131-ə çatdırıb.

Qeyd edək ki, Slovakiya turunda "Synergy Baku"nun heyətində çıxış edən digər üç velosipedçidən ikisi Matey Müqerli və Yannis Tamuridis də müvafiq olaraq Sloveniya və Yunanıstan milli komandalarının heyətində Avropa Oyunlarında yarışacaqlar. Onların 1-ci mərhələdəki nəticələrinə gəlincə, Müqerli 4-cü, Tamuridis isə 11-ci olub.

İlk mərhələdə uğurlu çıxış "Synergy Baku"nun komanda hesabında 23 kollektiv arasında birinci yerə yüksəlməsi ilə nəticələnib. Bu gün keçiriləcək 2-ci mərhələdə velosipedçilər 158.6 km məsafə qət edəcəklər. 5 mərhələdən ibarət yarışa iyunun 14-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti