...

"Qəbələ" ukraynalı futbolçunu heyətinə qatdı

İdman Materials 19 İyun 2015 18:24 (UTC +04:00)
2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.
"Qəbələ" ukraynalı futbolçunu heyətinə qatdı

Azərbaycan, Bakı, 19 iyun /Trend/

2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ" futbol klubu növbəti transferini gerçəkləşdirib.

Trend klubun saytına istinadən məlumat verir ki, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub və Sergey Zenyovu heyətinə qatan "qırmızı-qaralar" daha bir legioner transferini reallaşdırıb.

Komanda Ukrayna milli komandasında çıxış etmiş Aleksey Antonovla 2 illik müqavilə imzalayıb. 29 yaşlı hücumçu "Qəbələ" ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib.

Ukraynalı legionerin son klubu Qazaxıstanın "Aktobe" komandası olub. O, 2014-cü ilin iyununda bu kluba keçib. Bunadək isə vətənində, həmçinin Rusiyanın "Kuban" klubunda çıxış edən hücumçu "Dnepr" klubunun yetirməsidir. 2002-2004-cü illərdə bu klubun 2-ci komandasında forma geyən A.Antonov sonradan 3 il "Kuban"ın şərəfini qoruyub. Hücumçu Ukraynada "Metallist" (2007-2010), "Zarya" (2008-2009, icarə əsasında), "İliçevets" (2010-2011), "Dnepr" (2011-2013), "Krivbass" (2012-2013, icarə əsasında), "Çernomorets" (2013-2014) komandalarında oynayıb.

Ukraynanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş A.Antonov əsas yığmada 2 matç keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti