...

Kobra Pərviz Abdullayev Çində döyüşəcək (FOTO)

İdman Materials 10 İyul 2015 12:01 (UTC +04:00)
Kobra Pərviz iyulun 14-də Çin Xalq Respublikasına yola düşür. Belə ki, iyulun 18-də Çinin Nanjinq şəhərində kikboksinq üzrə reytinq xarakterli peşəkar “Kunlun Fight Series” turniri keçiriləcək.
Kobra Pərviz Abdullayev Çində döyüşəcək (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Kobra Pərviz iyulun 14-də Çinə yola düşür. Trend-in məlumatına görə, o, iyulun 18-də Çinin Nanjinq şəhərində kikboksinq üzrə reytinq xarakterli peşəkar "Kunlun Fight Series" turniri keçiriləcək.

Turnirdə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, "Qəbələ" İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu Kobra ləqəbli Pərviz Abdullayev ölkəmizi təmsil edəcək.

İdmançımız 75 kiloqram çəki dərəcəsində yerli idmançı Aorigele ilə qarşılaşacaq. Kikboks üzrə beş qat dünya çempiyonu, "Kobra" ləqəbli azərbaycanlı döyüşçü P.Abdullayev keçirdiyi 41 doyüşündən 38-də qalib gəlib, bunlardan 13-ü nokautla.

Bu barədə danışan P.Abdullayev müsahibəsində bildirib ki, bu döyüşə məşqçisi Mehman Umudov və FHN-nin rəisi polkovnik Fizuli Musayevin rəhbərliyi altında artıq bir neçə aydır hazırlaşır. Həmçinin idmançı mütəmadi olaraq "12 May Cobra" kikboks idman cəmiyyətinin təşkilatçılığı ilə keçirilən məşqlərdə də iştirak edib.

Qeyd edək ki, may ayında keçirilmiş yarışda Kobra Pərviz rəqibinə 2 dəqiqəyə nokautla qalib gəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti