...

"Kəpəz" Türkiyəyə gedib

İdman Materials 18 İyul 2015 17:39 (UTC +04:00)
"Kəpəz" komandası təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə gedib.
"Kəpəz" Türkiyəyə gedib

Azərbaycan, Bakı, 18 iyul /Trend/

"Kəpəz" komandası təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə gedib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, qarşıdakı mövsüm Premyer Liqada çıxış edəcək "Kəpəz" təlim-məşq toplanışının növbəti mərhələsi üçün dünən Türkiyəyə yola düşüb. Gəncəlilər çempionata hazırlıqlarını 9 gün ərzində qardaş ölkənin Ərzurum şəhərində davam etdirəcəklər.

Təlim-məşq toplanışı çərçivəsində "Kəpəz" 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Bu qarşılaşmalar 19, 22 və 25 iyul tarixlərinə təsadüf edəcək. Bundan başqa, hazırlıq müddətində komandanın düşərgəsinə ayrı-ayrı mövqelərdə çıxış edən 5 legioner futbolçu qatılacaq.

Nizami yurdunun təmsilçisi iyulun 27-də Vətənə dönəcək.

Xəbər lenti

Xəbər lenti