...

Güləşçilərimiz üçün 3 qızıl şansı

İdman Materials 17 Avqust 2015 00:05 (UTC +04:00)
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir
Güləşçilərimiz üçün 3 qızıl şansı

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edir.

Sərbəst güləş yarışlarında ilk gün yığmamızın üzvlərindən Nurməhəmməd Hacıyev (96 kq) qızıl, Arif Hüseynov (50 kq) bürünc medal qazanıb.

Çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə güləşçilər yarışır.

55 kq-da mübarizə aparan Mahir Əmiraslanov Yaponiya, Rusiya və İrandan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Hindistan idmançısı olacaq.

66 kq-da yarışan Teymur Məmmədov da finala qədər maneəsiz irəliləyib. İspaniya, Türkiyə və ABŞ idmançılarını mübarizədən kənarlaşdıran güləşçimiz finalda Yaponiya təmsilçisi ilə qarşılaşacaq.

120 kq çəkidə mübarizə aparan təmsilçimiz Səid Həmidov da finala qədər inamlı təsir bağışlayıb. Meksika, Polşa və ABŞ-dan olan rəqiblərinə qalib gələn güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi İran idmançısı olacaq.

Final görüşləri Bakı vaxtı ilə 17 avqust, saat 02:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti