...

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinə düşmək şansını artırdı (VİDEO)

İdman Materials 21 Avqust 2015 00:49 (UTC +04:00)
Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinə düşmək şansını artırdı (VİDEO)

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" da turnirdə növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası İsveçrənin "Yanq Boyz" klubu ilə üz-üzə gəlib.

Ötən mövsüm qrup mərhələsinə vəsiqə qazanan təmsilçimiz bu dəfə də ən azı həmin uğurunu təkrarlamağa çalışır və səfərdən sərfəli nəticə ilə qayıdır.

"Yanq Boyz" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) - 0:1 (İkinci hissə)

Qol: Riçard Almeyda, 67 (0:1)
Hakimlər: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin (hamısı Rusiya)
Bern. "Stad de Suiss"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti