...

Azərbaycanın da təmsil olunduğu avtomobil üzrə dünya turunun iştirakçıları Myanmaya çatıb

İdman Materials 8 Oktyabr 2015 13:32 (UTC +04:00)
Müxtəlif ölkələrdən olan avtomobil həvəskarlarından ibarət qrup “Dünya bizimdir” adlı ekspedisiya çərçivəsində artıq Myanma Birliyi Respublikasına çatıb.
Azərbaycanın da təmsil olunduğu avtomobil üzrə dünya turunun iştirakçıları Myanmaya çatıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Müxtəlif ölkələrdən olan avtomobil həvəskarlarından ibarət qrup "Dünya bizimdir" adlı ekspedisiya çərçivəsində artıq Myanma Birliyi Respublikasına çatıb. Trend-in məlumatına görə, 13 nəfərlik heyətdə Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ölkəmizin "Offroad" klubu da təmsil olunur.

Qeyd edək ki, Myanma Birliyi Respublikası yaxın vaxtlara qədər öz avtomobili ilə səyahət edən turistlər üçün bağlı idi. Rusiyalı Aleksey Kamerzanovun rəhbərlik etdiyi ekspedisiya bu qadağanın ləğvindən sonra ölkəyə gələn ilk avtomobilli turistlər olub.

Xatırladaq ki, "Dünya bizimdir" adlı ekspedisiya 2015-ci ilin iyun ayında start götürüb. Səyahətçilər 5 qitədə 50 ölkə üzrə yürüş etməyi nəzərdə tutur. Ekspedisiyanın oktyabr ayında başlayan ikinci mərhələsində iştirakçılar Hindistan, Pakistan, İran və Azərbaycandan da keçməyi planlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti