...

Kikboksçularımız dünya çempionatına yollanır (FOTO+HEYƏT)

İdman Materials 23 Oktyabr 2015 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

26 oktyabr - 1 noyabr tarixlərində Serbiyanın paytaxtı Belqradda kikboksinq idmanının WAKO versiyası üzrə dünya çempionatı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər iki ildən bir keçirilən bu mötəbər dünya çempionatına milli komandamız 1995-ci ildən qatılır.

Lakin məhz bu il kikboksinq üzrə yığma komanda ən böyük tərkibdə Azərbaycanı təmsil edəcək. Bu məqsədlə bu gün idmançılarımız media nümayəndələri ilə görüşüb.

Yığma komandanın baş məşqçisi Elşən Əbdülrəhimov bir çox idmançıların uğur qazanacağına inandığını və yaxşı nəticələrlə Vətənə qayıdacaqlarına ümid bəslədiyini bildirib: "Artıq federasiya rəhbərliyi də idmançılarla görüşərək onlara uğurlar arzulayıb. Bu çox məsuliyyətli və önəmli yarış olacaq. İlk dəfədir ki, yarışa 25 idmançı ilə qatılırıq. İdmançılarımızın Vətənə yüksək nəticələrlə qayıdacaqlarına ümid edirəm".

Yığma komandanın tərkibi:

Anar Məmmədov - 51 kq LOWKICK
Çingiz Əhmədzadə - 51 K-1
Ramiz Məmmədov - 54 LOWKICK
Elşad Ələsgərov - 54 K-1
Ruslan Musayev - 57 LOWKICK
Jamal Məmmədov - 57 KICKLIGHT
Zöhrab Əzimov - 60 LOWKICK
Elnur Daryagir - 63.5 LOWKICK
Eduard Məmmədov - 63 KICKLIGHT
Turan Gafarov - 67 K-1
Ramal Aslanov - 61 LOWKICK
İbrahim Məmmədov - 71 k-1
Emil Möhsümzadə - 71 LOWKICK
Əlişan Aslanlı - 75 K-1
Musa Abdullayev - 79 KICKLIGHT
Bəybala Quliyev - 81 LOWKICK
Xəyal Əhmədov - 81 K-1
Elnur Əliyev - 84 KICKLIGHT
Orxan Məlikov - 86 LOWKICK
Fuad Zeynalov - 89 KICKLIGHT
Zamiq Atakişiyev - 91 LOWKICK
Anar Məmmədov - 91 K-1
Ağalar Sadıxzadə +91 LOWKICK
Vüqar Cavadov - 94 KICKLIGHT
Ehram Məcidov +94 KICKLIGHT

İdmançıları bu yarışa federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov, Sadlq Bağırov, baş məşqçi Elşən Əbdülrəhimov, məşqçilər Hikmət Hacıyev, Telman Məhərrəmov, Fuad Sayadov, Sani Cabbarov, Kamran Əşrəfzadə və Rövşən Hacıyev müşayət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti