Bakı. Trend:
"Sumqayıt" futbol klubu daha bir oyunçunu heyətinə qatıb.
Trend klubun saytına istinadən məlumat verir ki, son olaraq "Qəbələ"də çıxış etmiş yığmamızın üzvü Vaqif Cavadov mövsümün sonuna qədər "Sumqayıt"da oynayacaq. 26 yaşlı futbolçu yeni komandasında 70 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2006-cı ildən Azərbaycan millisinin formasını geyinmiş V.Cavadov 57 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 7 top keçirib.