...

"Kəpəz": 1413 gündən sonra

İdman Materials 1 Fevral 2016 16:02 (UTC +04:00)
XIX turda “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gələn “Kəpəz” Premyer Liqanın 2015/16 mövsümündə ilk dəfə böyükhesablı qələbə qazanıb.
"Kəpəz": 1413 gündən sonra

Bakı. Trend:

XIX turda "Qəbələ" ilə ev oyununda 3:0 hesabı ilə qalib gələn "Kəpəz" Premyer Liqanın 2015/16 mövsümündə ilk dəfə böyükhesablı qələbə qazanıb.

Trend PFL-in saytına istinadən məlumat verir ki, Gəncə təmsilçisi sonuncu dəfə 2011/12 mövsümündə belə qalib gəlmişdi. "Kəpəz" həmin vaxt "Sumqayıt"ı məğlub etmişdi. 2012-ci il martın 18-də baş tutmuş qarşılaşmada "Kəpəz" qonaqları 4:1 hesabı ilə üstələmişdi. Qərblilər növbəti belə uğuru 1413 gündən sonra əldə ediblər.

Ümumiyyətlə, "Kəpəz" Azərbaycan çempionatları tarixində 3 və ya daha çox top fərqi ilə qazanılan qələbələrin sayında 2-ci göstəriciyə malikdir. Yalnız "Neftçi"dən (116) geri qalan gəncəlilər 92-ci dəfə 3 xalı böyük hesabla qazanıb.

22-ci böyükhesablı məğlubiyyətini alan "Qəbələ" isə 419 gündən sonra belə yenilgi yaşayıb. Əyalət klubunun çempionatdakı son belə məğlubiyyəti 2014-cü il dekabrın 7-də "Xəzər Lənkəran"la səfər matçına təsadüf etmişdi - 0:3.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti