...

“Mahir nişançı” güllə atıcılığı üzrə X Respublika turniri keçiriləcək

İdman Materials 23 Fevral 2016 13:30 (UTC +04:00)
Fevralın 24-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 26 fevral-Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Respublika Stend Atıcılığı İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ənənəvi olaraq “Mahir nişançı” güllə atıcılığı üzrə X Respublika turniri keçiriləcək.
“Mahir nişançı” güllə atıcılığı üzrə X Respublika turniri keçiriləcək

Bakı. Trend:

Fevralın 24-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 26 fevral-Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Respublika Stend Atıcılığı İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ənənəvi olaraq "Mahir nişançı" güllə atıcılığı üzrə X Respublika turniri keçiriləcək.

Gənclər və İdman Nazirliyinin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, turnirdə Bakı şəhərində fəaliyyət göstərən 20-dən artıq ali və orta ixtisas təhsili müəssisələrinin 100-dən artıq tələbəsi iştirak edəcək.

Turnirin keçirilməsində əsas məqsəd XX əsrdə erməni işğalçıları və onların havadarları tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, gənclər arasında vətənpərvərlik hisslərini yüksəltmək, onların idmanın atıcılıq növünə marağını daha da artırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti