...

Azərbaycan Gimnastika Federasiyası iki il ardıcıl olaraq fərqlənən federasiyalar siyahısındadır

İdman Materials 3 Mart 2016 16:11 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası (AGF) iki il ardıcıl olaraq, fəaliyyətləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlara layiq görülən, fərqlənən federasiyaların reytinq siyahısına daxil olur.
Azərbaycan Gimnastika Federasiyası iki il ardıcıl olaraq fərqlənən federasiyalar siyahısındadır

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyası (AGF) iki il ardıcıl olaraq, fəaliyyətləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlara layiq görülən, fərqlənən federasiyaların reytinq siyahısına daxil olur.

Trend AGF-nin saytına istinadən məlumat verir ki, 2015-ci il üzrə reytinq siyahısı FIG-nin İcraiyyə Komitəsinin 24-25 fevral tarixlərində (İsveçrə) federasiyanın Lozannadakı baş ofisində keçirilən növbəti iclasında müəyyən edilib.

Mükafatlar hər il federasiyaların beynəlxalq fəaliyyəti (Dünya Kubokunda və onun 10 mərhələsində, o cümlədən FIG-nin konqres və simpoziumlarında, FIG Akademiyasının məşqçilik kurslarında, Gimnastradada və s. tədbirlərdə iştirak) və yuxarıda göstərilmiş tədbirlərə son qeydiyyat tarixlərinə riayət olunması əsasında təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti