...

Güləşçimiz erməni rəqibinə aman vermədi (ƏLAVƏ OLUNUB) (VİDEO)

İdman Materials 11 Mart 2016 09:46 (UTC +04:00)
Bu gün Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan idmançısı Hacı Əliyev bürünc medal uğrunda döyüşə çıxıb.
Güləşçimiz erməni rəqibinə aman vermədi  (ƏLAVƏ OLUNUB) (VİDEO)

Bakı. Trend:

Bu gün Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan idmançısı Hacı Əliyev bürünc medal uğrunda döyüşə çıxıb.

Trend-in məlumatına görə, erməni idmançı Valodya Franqulyanla güləşən H.Əliyev rəqibinə aman verməyib - 7:0.

Beləliklə, güləşçilərimiz Avropa çempionatında aktivlərinə daha bir medal yazdırıblar.

Qeyd edək ki, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç isə bürünc medal qazanıb. Bu gün daha bir təmsilçimiz Cəbrayıl Həsənov final görüşündə qızıl uğrunda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti