Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:24-də yayılıb)
Bakı. Ənvər Məmmədov - Trend:
Bakıda "Formula 1" Avropa Qran-prisinə biletlərin satışı xeyli artıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Baku City Circuit" şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib.
Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: "Birincisi, mövsüm başlayıb və bir neçə Qran-pri keçirilib. İkincisi, reklam kampaniyamız pik həddinə çatıb".
B.Özerdim qeyd edib ki, hazırda biletlərin xaricdə satışının davam etməsi müsbət məqamdır: "Biletlər ən çox Rusiyada və Azərbaycana qonşu ölkələrdə satılır. Sonrakı yerlərdə Böyük Britaniya, Almaniya, Hollandiya gəlir".