...

Dimitri Paye "Avro-2016"nın start oyununun ən yaxşısı seçilib

İdman Materials 11 İyun 2016 03:20 (UTC +04:00)
Fransa yığmasının yarımmüdafiəçisi Dimitri Paye deyib ki, o Rumıniyanın qapısına vurduğu qələbə qoluna bütün emosiyalarını qoyub.
Dimitri Paye "Avro-2016"nın start oyununun ən yaxşısı seçilib

Bakı. Trend:

Fransa yığmasının yarımmüdafiəçisi Dimitri Paye deyib ki, o Rumıniyanın qapısına vurduğu qələbə qoluna bütün emosiyalarını qoyub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, o, bunu oyundan sonra keçirilən mətbuat konfransında deyib. Məhz helə orada da oyunçu "Avro-2016"nın ilk oyununun ən yaxşısı kimi təqdim olunub.

"Üzərimizə çox böyük yük düşdü, bütün komanda stress yaşayırdı. Əgər mənə oyundan əvvəl desəydilər ki, matçın sonu belə olacaq, inanmazdım. Bütün emosiyalarımı bu qola qoydum", deyə Paye bildirib.

Qeyd edək ki, iyunun 10-da Fransa və Rumıniya yığmaları arasında "Avro-2016"nın ilk oyunu keçirilib. Oyun fransızların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda 89-cu dəqiqədə Fransaya qələbə qolunu gətirə məhz Dimitri Paye olub.

Fransa yığması növbəti oyununu iyunun 15-də Marseldə Albaniyaya qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti