...

Fernando Alonso Formula 1-in Bakıya həvalə edilməsinin doğru qərar olduğuna əmindir (ƏLAVƏ OLUNUB)

İdman Materials 16 İyun 2016 16:37 (UTC +04:00)
"Formula 1" üzrə "McLaren Honda" komandasının pilotu və Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso Bakının yarış mərhələlərindən biri qismində seçilməsinin doğru qərar olduğuna əmindir.
Fernando Alonso Formula 1-in Bakıya həvalə edilməsinin doğru qərar olduğuna əmindir (ƏLAVƏ OLUNUB)

Bakı. Maksim Tsurkov - Trend:

"Formula 1" üzrə "McLaren Honda" komandasının pilotu və Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso Bakının yarış mərhələlərindən biri qismində seçilməsinin doğru qərar olduğuna əmindir.

O bildirib: "Biz trasın seçilməsi baxımından Beynəlxalq Avtomobil Federasiyasına tam güvənirik. Federasiyaya və onların qəbul etdiyi qərarlara tam etimad edirik".

F.Alonso əlavə edib: "Biz dünyada idmanı, idman dəyərlərini irəli aparırıq və bu istənilən ölkədə həmişə qiymətləndiriləcək".

Pilotun sözlərinə görə, "Formula 1" yarışlarına hazırlıq üçün fantastik işlər görülüb, hər şey yarışa hazır vəziyyətdədir.

Bakı şəhər trası barədə danışan F.Alonso deyib ki, trasın yuxarı hissəsində dar sahə ən maraqlısıdır, burada maksimum səy göstərmək lazım olacaq.

Onun sözlərinə görə, pilotlar yarış trası ilə bağlı qərara müdaxilə etmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti