...

"Qarabağ" və "Viktoriya" oyunu başa çatdı (YENİLƏNİB)

İdman Materials 2 Avqust 2016 22:18 (UTC +04:00)
Yekun hesab 1-1
"Qarabağ" və "Viktoriya" oyunu başa çatdı (YENİLƏNİB)

Bakı. Trend:

"Qarabağ" və "Viktoriya" 1-1 hesabı ilə başa çatdı. İki oyunun nəticəsində "Qarabağ" Çempionlar Liqasında iştrakını dayandırıb.

Qeyd edək ki, Çexiyada keçirilən ilk oyun 0-0 nəticəsi ilə başa çatıb.

x x x

Oyunun 85-ci dəqiqiəsində Maykl Krmençik topu təmsilçimizin qapısından keçirib.

x x x

Qarşılaşmanın 28-ci dəqiqəsində Muarem Muarem fərqlənib. İlk hissə Qarabağın 1-0 üstünlüyu ilə başa çatıb.

x x x

"Qarabağ"- "Viktoriya" komandaları arasında oyun başlayıb.

Görüşü türkiyəli baş hakim Hüseyin Göçek idarə edir. Ona həmyerliləri Mustafa Eyisoy və Kemal Yılmaz kömək edirlər. Dördüncü hakim funksiyasını Barış Şimşek yerinə yetirir.

Görüşün UEFA nümayəndəsi Andreas Akkelides (Kipr), hakim-inspektoru isə İqor Satçidir (Makedoniya).

Komandalar arasında bir həftə əvvəl Çexiyada təşkil olunan ilk oyunda hesab açılmayıb.

x x x

Bu gün Ağdamın "Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqası turnirinin üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşır.

Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda komandaların start heyəti müəyyənləşib.

"Qarabağ"ın start heyətində meydana İbrahim Şehim, Qara Qarayev, Maksim Medvedev, Miçel, Reynaldo, Muarrem Muarrem, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqoli, Bədavi Hüseynov və Dani Kintana çıxacaqlar.

Çexiya təmsilçisinin ilk on birliyində isə Matuş Kozaçik, Lukaş Qeyda, Aleş Mateyu, Roman Qubnik, Tomaş Qorjava, David Limberski, Milan Petrjela, Mixail Dyuriş, Patrik Qroşovski, Yan Kovarjik və Daniel Kolarj yer alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti