(Təfərrüatlar əlavə olunub. İlk xəbər avqustun 21-i saat 16:02-də yayılıb)
Bakı. Trend:
Azərbaycanın sərbəst güləşçisi Xetaq Qazyumov finalda ABŞ təmsilçisi Kail Snayderə məğlub olaraq Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Azərbaycan yığmasının hesabında on səkkiz medal var: 1 qızıl, 7 gümüş, 10 bürünc.
X X X
18:10
Xetaq Qazyumov yarımfinal mərhələsində ukraynalı idmançı Valeriy Andreytsev üzərində qələbə qazanaraq yarışın final mərhələsinə yüksəlib.
Х Х Х
17:40
Xetaq Qazyumov 1/4 final mərhələsində özbəkistanlı idmançı İbrahimov Məhəmməd üzərində qələbə qazanaraq yarışın yarımfinal mərhələsinə yüksəlib.
X X X
Xetaq Qazyumov 1/8 final mərhələsində iranlı Reza Yazdani üzərində qələbə qazanaraq 1/4 final mərhələsinə yüksəlib.
X X X
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları davam edir.
Trend-in məlumatına görə, yarışların sonuncu günündə Azərbaycanın sərbəst güləşçisi Xetaq Qazyumov 97 kq çəki dərəcəsində mübarizəyə qoşulub.
Xetaq Qazyumov 1/16 final mərhələsində polşalı idmançı Baran Radoslav üzərində qələbə qazanaraq yarışın 1/8 final mərhələsinə yüksəlib.