Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilir.
Trend-in məlumatına görə, "Qarabağ" Bakıda Çexiyanın "Slovan Liberets" klubunu qəbul edib.
Matçın ilk dəqiqəsində rəqib komanda hesabı açıb - Yan Sikora fərqlənib. Lakin 6 dəqiqə sonra Miçel dəqiq baş zərbəsi ilə tarazlığı bərpa edib.
68-ci dəqiqədə Milan Baroş yenidən çexiyalıları önə keçirib. Son dəqiqədə isə Rəşad Sadıqov "Qarabağ"ı məğlubiyyətdən xilas edib - 2:2.
Beləliklə, Ağdam təmsilçisi ilk oyunda rəqibindən xeyli üstün oyun nümayiş etdirsə də, bir xalla kifayətlənib.