Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilir.
Trend-in məlumatına görə, "Qəbələ" səfərdə Belçikanın "Anderlext" klubu ilə qarşılaşıb.
Matçın 14-cü dəqiqəsində rəqib komanda hesabı açıb - Lukaş Teodorçik fərqlənib. Lakin 6 dəqiqə sonra Dabo dəqiq zərbə ilə tarazlığı bərpa edib.
41-ci dəqiqədə R. Santos yenidən belçikalıları önə keçirib.
77-ci dəqiqədə "Anderlext" - in oyunçusu D. Kapel hesabı 3 - 1 edib.
Beləliklə, Qəbələ təmsilçisi "Anderlext" - lə oyunu xalsız başa vurub.