Bakı. Trend:
"Neftçi" futbol klubu ukraynalı məşqçi ilə müqavilə bağlayıb.
Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, Aleksandr Deriberin mütəxəssis mövsümün sonuna qədər əsas komandanın məşqçisi vəzifəsində işləyəcək.
Aleksandr Deriberin 1967-ci il fevralın 25-də Maykop şəhərində anadan olub. Futbolçu karyerası ərzində "Drujba Maykop" (1985-1989, 1992-1993), "Spartak Anapa" (1990), "Ximik Beloreçensk" (1991) və "Etalon" (1991) klublarının şərəfini qoruyub. Ukraynanın "Nafkom" (2005-2007), "Zvezda Kirovoqrad" (2010-2011) və "Desna” (2011-2012) klublarında baş məşqçi vəzifəsini yerinə yetirib. Köməkçi məşqçi kimi isə "Niva" (2004-2005) və Ukrayna U-17 milli komandasında (2004-2006, 2008-2010) çalışıb.